Accessibility links

Bu gün ABŞ prezidenti Corc Buş  ikinci dəfə Afrikaya səfər edir


Bu gün ABŞ prezidenti Corc Buş ikinci dəfə Afrikaya səfər edir. Səfəri çərçivəsində Corc Buş Benin, Tanzaniya, Ruanda, Gana və Liberiyada olacaq. Lakin dünən prezident demokratların nəzarəti altında olan Nümayəndələr Palatasının daxili kəşfiyya proqramını təsdiq etməməsinə görə səfərini yubada biləcəyini demişdi. Hazırkı qanun sabaha qdərə qüvvədədəir. ABŞ prezidenti Amerikanın öldürücü xəstəliklərlə mübarizə, iqtisadi artım və Afrika qitəsinin inkişafı səylərini önə çəkməlidir. Prezident Buş gələn 5 il ərzində HİV və QİÇS xəstəlikləri kimi epidemiyaların müalicəsinə 30 milyard dollar məbləğində vəsait ayrılmasını təklif edir. Corc Buş səfəri zamanı Afrika ölkələrinin liderləri ilə görüşüb, Kenyadakı siyasi böhranı müzakirə edəcək. Amerinaın dövlət başçısının Sudanın Darfur vilayətinə BMT və Afrika Birliyinin sülhməramlı qüvvələrinin yerləşdirilməsini də müzakirə mövzusu edəcəyi gözlənilir.

XS
SM
MD
LG