Accessibility links

ABŞ prezidentliyinə namizəd senatorlar kampaniyalarını Viskonsin ştatında davam etdirib


ABŞ prezidentliyinə namizəd senatorlar-Barak Obama və Hillari Klinton dünən kampaniyalarını Viskonsin ştatında davam etdirib. Namizədlərin hər ikisi də payızda keçiriləcək seçkilər zamanı demokrat seçicilərin birliyinin vacibliyini vurğulayıb. Barak Obama və Hillari Klinton Viskonsin Demokrat Partiyasının təşkil etdiyi şam ziyafətində iştirak edib. Obama Viskonsin ştatında təşkil edilən 8 nominasiya tədbirinin qalibi olub. Qarşıdan gələn çərşənbə axşamı günü Obamanın doğulduğu Havayi ştatında demokratların ilkin seçkiləri keçirilməlidir.

XS
SM
MD
LG