Accessibility links

ABŞ dövlət katibi Kondoliza Rays Keniyada danışıqlar aparır


Bu gün Keniyada olan ABŞ dövlət katibi Kondoliza Rays bildirib ki, hakimiyyətin bölüşdürülməsi üçün geniş koalisiyanın yaradılması ölkədə siyasi böhranın həll olunmasında ən yaxşı yoludur. Xanım Rays həftələrlə davam edən siyasi zorakılıqların ardınca BMT-nin sabiq baş katibi Kofi Annanın başçılığı ilə siyasi birliyə dair aparılan danışıqlara ABŞ-ın da dəstəklədiyini bildirmək üçün Keniyadadır.

Mətbuat konfransında danışan ABŞ dövlət katibi deyib ki, Keniyanın prezident Mvai Kibakinin partiyasının müxalifətlə həqiqi hakimiyyət bölüşdürülməsi haqda razılığa ehtiyacı var. Tərəflər siyasi həllin vacibliyi məsələsində razılıq əldə eduiblər, lakin hakimyyətin hansı şəkildə bölüşdürülməsilə bağlı bir fikrə gələ bilməyiblər.

Kondoliza Rays müxalifət lideri Raila Odinqa ilə görüşdən öncə, BMT-nin sabiq baş katibi Kofi Annan və Keniya prezidenti Mvai Kibaki ilə ayı-ayrı görüşlər keçirib.

XS
SM
MD
LG