Accessibility links

Belarus müxalifət lideri 3 günlük azadlığa buraxılıb


Belarus rəsmiləri həbsdə olan müxalifət lideri Aleksandr Kozulini həyat yoldaşının dəfn mərasimində iştirak etmək üçün 3 günlük azadlığa buraxıblar. Bazar ertəsindən aclıq aksiyası keçirən Kozulin jurnalislərə bildirib ki, Belarus bu qərarı ABŞ və Avropa Birliyinin təzyiqlərindən sonra verib. Dünən minlərlə insan Kozulinə dəstəyini bildirmək üçün paytaxt Minskdə yürüş keçiriblər. Cənab Kozulinin xanımı İrinanın dəfn mərasimi sabah keçiriləcək. Müxalifət liderinin qızları isə bildirib ki, onlar atalarının aclıq aksiyasına bazar etrəsi günü qoşulacaq. Cənab Kozulin prezident Aleksandr Lukaşenkonun 2006-cı ildə yenidən dövlət başçısı seçilməsinin əleyhinə kütləvi etiraz aksiyaları təşkil etdiyinə görə 5 il yarım müddətinə azadlıqdan məhrum edilib. O, Cənab Lukaşenkoya müxalif namizəd idi.
XS
SM
MD
LG