ABŞ-ın müdafiə naziri Robert Geyts Hindistan hökumətini Birləşmiş Ştatlarla nüvə razılığını tez bir zamanda imzalamağa çağırıb. Dehlidə olan Geyts bu gün deyib ki, razılığın imzalanması üçün vaxt əldən verilə bilər. Lakin o, razılığın əldə olunmamasının Hindistan və Birləşmiş Ştatlar arasında münasibətlərə az təsiri ola biləcəyini vurğulayıb. Bu razılığa əsasən, nüvə silahına malik Hindistan silahların yayılmaması və adi silahlara nəzarətə dair beynəlxalq müqavilələri imzalamasa da, onun reaktor üçün yanacaq almasına umkan verilir.
Robert Geyts iki ölkə arasında hərbi əməkdaşlığın gücləndirilməsi məqsədilə Hindistana iki günlük səfər edib.