Accessibility links

ABŞ Dövlət katibinin yardımçısı Aşqabatda Türkmənistan prezidenti ilə görüşüb


ABŞ Dövlət katibininin yardımçısı Stiven Manna Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedovla paytaxt Aşqabatda görüş zamanı enerji əməkdaşlığı məsələsini müzakirə edib. Rəsmi Vaşinqton 2006-cı ildə islahatçı Qurbanqulu Berdimuhamedovun hakimiyyətə gəlməsindən sonra Türkmənistanla daha yaxın əlaqələrə çalışır. Türkmənistan keçmiş Sovet İttifaqı ölkələri arasında qaz ehtiyatlarına malik ikinci böyük ölkədir və qazın böyük hissəsini Rusiya neft kəmərləri vasitəsilə nəql edir. Birləşmiş Ştatlar və Avropa Birliyi Transxəzər kəmərindən alternativ marşrut kimi istifadə etmək üçün Türkmənistanla danışıqlar aparıblar.
XS
SM
MD
LG