Accessibility links

ABŞ Pakistanın yarı-hərbi dəstələrinə təlim verməyi planlaşdırır


Birləşmiş Ştatlar mətbuatının verdiyi məlumata görə, ABŞ hərbi qüvvələri Əfqanıstanla sərhəd bölgələrində Əl-Qaidə və digər ektsremist qruplara qarşı əməliyyatlar aparan Pakistanın yarı-hərbi dəstələrinə təlim vermək məqsədilə oraya 100 mütəxəssis göndərməyi nəzərdən keçirir. “Nyu York Tayms” qəzetinin bu günkü nömrəsində yazılıb ki, 40 səhifədən ibarət məxfi plan hazırda ABŞ Mərkəzi Komandanlığının baş qəragahında nəzərdən keçirilir. Plana əsasən, Pakistan hərbi qüvvələrinə taktiki cəhətdən hazırlıq məqsədilə ABŞ-ın Xüsusi Əməliyyat qüvvələrinin sayı artırılmalıdır. Qəzet adının açıqlanmadığı hərbi rəsmilərə istinadən, yazır ki, ABŞ hərbi qüvvələrinin puştu qəbilə üzvlərindən təşkil edilmiş yarı-hərbi dəstələrə təlim keçməsi nəzərdə tutulur.
XS
SM
MD
LG