Accessibility links

İsrailin quru qüvvələri Qəzzadan çıxarılıb


İsrailin quru qüvvələrinin 5 gün davam edən hücumlardan sonra Qəzzadan çıxarıldığı bidlirilir. Hücumlar 100-dən artıq fələstinli və iki İsrail əsgərinin ölümü ilə nəticələnib. İsrailin hava hücumları isə hələ də davam etdirilir. Həmas İsrail qüvvələrinin geri çəkilməsini qələbə kimi qiymətləndirib. İsrail hökumətinin sözçüsü isə deyib ki, qüvvələr istənilən vaxt geriyə qaytarıla bilər. Fələstin prezidenti Mahmud Abbas İsrailin hücumlarına etiraz olaraq sülh danışqılarını dayandırıb. O, eyni zamanda fələstinli yaraqlıların İsrail ərazilərinə raket hücumlarını pisləyib.

XS
SM
MD
LG