Accessibility links

Ukrayna Qərbi Avropaya qaz təchizatını dayandıracağı ilə hədələyib


Ukraynanın təbii qaz şirkəti bildirib ki, əgər Rusiya ilə borc mübahisəsi hədə kimi qalsa, Qərbi Avropa üçün qaz təchizatını dayandıra bilər. Ukraynanın Naftoqaz şirkəti ölkənin milli maraqlarına təhlükə olacağı təqdirdə, rəsmi Kiyev başqa Avropa ölkələrinə maneəsiz qaz tranzitinə təminat verə bilməz.

Rusiya hökumətinin nəzarəti altında olan qaz monopoliyası Qazprom dünən Ukraynaya qaz təchizatının 3-də birini kəsib. Şirkət bu gün axşam isə nəql edilən həcmin əlavə 25% kəsiləcəyini bildirib. Bu fasilə borc ödənişləri və gələcək qaz nəqli barədə razılıq imzalanmayınca qüvvədə qalacaq.

XS
SM
MD
LG