Accessibility links

Lahor şəhərində həyata keçirilən hücum 5 nəfərin ölümünə səbəb olub


Pakistanın səlahiyyətli nümayəndələrinin bildirdiyinə görə, bu gün Lahor şəhərində həyata keçirilən kamikadze hücumu nəticəsində 5 adam həlak olub. Hücum 19 nəfərin yaralanması ilə nəticələnib. Rəsmilər iki intiharçının Pakistanın Hərbi Dəniz Donanması kollecinin dayanacağında özlərini partlatdığını bildirib.

Lahorun polis idarəsinin bildirdiyinə görə, birinci hücum darvaza yaxınlığında həyata keçirilməklə, darvazanı dağıdıb və ikinci hücumçuya dayanacağa daxil olmağa imkan yaradıb. Beləliklə bu hücum son 8 gün ərzində həyata keçirilən 5-ci kamiakadze hücumudur. Hücumlar 100-dən artıq insanın ölümünə səbəb olub.

XS
SM
MD
LG