Accessibility links

ABŞ Hindistanı Vaşinqtonla nüvə razılığını təsdiqləməyə çağırıb


Birləşmiş Ştatlar noyabrda keçiriləcək prezident seçkilərindən öncə Hindistanı Vaşinqtonla nüvə razılığını təsdiqləməyə çağırıb. ABŞ dövlət katibinin region üzrə yardımçısı Riçard Bauçer Dehlidə bildirib ki, razılığın ABŞ Konqresindən keçməsi üçün “vaxt azdır”.

Hindistan ilk öncə Beynəlxalq Atom Enerjisi Agentliyindən, daha sonra isə mülki nüvə ticarətini nizamlayan 45 üzvlük Nüvə Təchizatçıları Qrupundan təsdiq qərarı almalıdır. Amerikanın bu təzyiqləri Hindistanın baş nazirinin razılığa dair ölkə daxilindəki etirazları yatırmaq səyləri ilə eyni vaxta təsadüf edir. Tərəflərin ilin sonunda əldə edəcəklərinə ümid bəslədikləri bu razılıq Vaşiqntonla Dehlinin yeni partnyorluğuna təməl qoyaraq, ABŞ-ın Hindistanı nüvə yanacağı və texnologiyası ilə təmin etməsinə imkan yaradacaq.

XS
SM
MD
LG