Keniya prezidenti Mvai Kibaki qanunvericiləri ölkədə zorakılıqlar və ölümlə nəticələnən mübahisəli seçkilərə son qoyulması üçün hakimiyyətin bölüşdürülməsinə dair razılığı təsdiq etməyə çağırıb. Bu gün keçirilən Keniyanın yeni parlamentinin yığıncağında prezident Kibaki qanunvericiləri milli birlik hisslərindən çıxış etməyə və öz partiya mövqelərini kənara qoymağa çağırıb. Prezident Kibaki parlament iclasını açarkən dekabr ayında zorakılıqlar nəticəsində qətlə yetirilən 1000 nəfərdən çox insanın xatirəsini bir dəqiqəlik sükutla yad edib.