Accessibility links

Rusiya Abxaziyaya tətbiq etdiyi sanksiyaları ləğv edib


Rusiya müstəqil dövlət olmaq istəyən Gürcüstanın separatçı Abxaziya regionuna tətbiq etdiyi maliyyə və ticarət sanksiyalarını ləğv edib. Rusiya xarici işlər nazirinin açıqlamasına görə, rəsmi Moskva özünü daha 1996 –cı ildə MDB tərəfindən qəbul edilmiş sanksiyalar paktının şərtlərinə məsul hesab etmir. Bugünkü bəyanat Rusiyanın Kosovonun müstəqilliyini elan etməsini diplomatik yollarla əngəlləməyə çalışmasının davamı kimi qiymətləndirilir. Kreml və başqaları xəbərdarlıq etmışdi ki, Kosovonun müstəqilliyi Avropa və ətrafında separatçı hərakatlara təsir göstərə bilər.
XS
SM
MD
LG