Accessibility links

Pakistanda Danimarkaya qarşı etiraz yürüşləri keçirilir


Danimarka qəzetində Məhəmməd Peyğəmbərin təkrarən dərc edilmiş karikaturasına etiraz olaraq bu gün Pakistanın böyük şəhərlərində yüzlərlə adam yürüş keçirib. Cümə namazından sonra müsəlmanlar əllərində Danimarkaya qarşı plakatlarla paytaxt İslamabadın küçələrinə çıxmış, Danimarka bayraqlarını yandırmışlar. Bəziləri isə Pakistan hökumətini Danimarka ilə bütün diplomatik əlaqələri kəsməyə çağırmışdır. Buna bənzər yürüşlər ölkənin başqa şəhərlərində keçirilmiş və nümayişçilər, Danimarka məhsullarına qarşı boykota çağırmışlar.

Xatırladaq ki, keçən ay Danimarka mübahisəli karikaturanı çəkən şəxsə qarşı sui-qəsd cəhdi aşkar edildikdən sonra Danimarka qəzetləri həmrəylik məqsədilə həmin karikaturanı yenidəndərc edib.

Bu arada Pakistan prezidenti Pərviz Müşərrəf gələn 10 gün müddətində parlamentin sessiyasını çağıracağını bildirib ki, bu da yeni hökumətin təşkili üçün əsaslı addım hesab olunur. Bu gün Sindh vilayətində çıxış edən Pərviz Müşərrəf deyib ki, yeni koalisiya hökuməti sülhü təmin etdiyi müddətdə o, həmin hökuməti dəstəkləyəcək.

XS
SM
MD
LG