Accessibility links

ABŞ-ın Mərkəzi Bankı yeni addımlar atır


ABŞ-ın Mərkəzi Bankı dünyanın digər dörd mərkəzi bankı ilə birlikdə Amerikada daşınmaz əmlak bazarında tənəzzüllə əlaqədar kredit verən bankların problemlərini yüngülləşdirmək məqsədilə yeni addımlar atıldığını bildirib. Mərkəzi Bank bu gün transaksiyaları başa çatdırmaq üçün maliyyə qurumlarına 200 milyard dolların ayrıldığını elan edib. Bu, aksiya Avropa Mərəzi Bankı, İsveçrənin Milli Bankı, Kanada Bankı və İngiltərə Bankının eyni tipli aksiyaları ilə koordinasiya edilmişdir. Onların bu addımı artan neft qiymətləri və dolların zəifləməsinin təsiri altında olan ABŞ-ın aksiya birjasında vəziyyətin sabitləşməsinə kömək məqsədi daşıyır.
XS
SM
MD
LG