Accessibility links

Ermənistan prezidenti BMT-nin qətnəməsini tənqid edib


Ermənistan prezidenti Robert Köçəryan BMT-nin martın 14-də qəbul etdiyi qətnaməsini tənqid edib. Prezident Köçəryan bu gün BMT-nin bu ölçüsünü Azərbaycanın Dağlıq Qarabağın Kosovo kimi tanınmasının qarşısını almaq cəhdi kimi qiymətləndirib. Ermənistan lideri deyib ki, ölkəsi Azərbaycanla danışıqları davam etməyi planlaşdırır. Ancaq o, Azərbaycanın danışıqların formatını dəyişmək yönümündə təzyiqlərini davam etdirəcəyi təqdirdə, Ermənistanın Dağlıq-Qarabağın müstəqilliyini tanıya biləcəyini deyib.

Keçən həftə BMT Baş Assembleyası Dağlıq Qarabağ barədə qətnamə qəbul etsə də, Fransa, Rusiya və ABŞ onun əleyhinə səs vermişdi.

XS
SM
MD
LG