Accessibility links

Tayvanda prezident seçkilərində müxalifət namizəd qələbə çalıb


Tayvanlıların iki referendumda ölkənin BMT-yə üzv olmaq istəyini rədd etdiyi bir zaman keçirilən prezident seçkilərində müxalifət namizəd asanlıqla qələbə çalıb. Millətçi Partiyasının namizədi Ma Ying-Jeou 58 faiz səslə prezidentlik yarışında qalib olub. Onun rəqibi, hakimiyyətdə olan Demokratik İnkişaf Partiyasından Frank Hsieh 42 faizlə kifayətlənib. Qələbəni qeyd edən müxalifət tərəfdaları qarşısında nitq söyləyən cənab Ma seçicilərin dəyişiklik, güclü iqtisadiyyat və Tayvan boyu sülh tələb etdiklərini dilə gətirib. O, iki müddət hakimiyyətdə olmuş Çen Şui-Bianı əvəz edəcək.
XS
SM
MD
LG