Accessibility links

Mosulda intiharçı İraq hərbi bazasına hücum edib


İraqın paytaxtı Bağdad və Mosul şəhərlərində yaraqlıların törətdiyi hücumlar nəticəsində 18 nəfər həlak olub. Mosulda intaharçı yük maşını ilə İraq ordu bazasına hücum edərək avtomobili partladıb. Ən azı 11 əsgər ölüb, 40 nəfərsə yaralanıb. Məsuliyyəti üzərinə götürən olmayıb. ABŞ komandiri deyir ki, Mosul Əl-Qaidınin İraqda sonuncu sığınacağıdır. Bağdadda isə 3 maşınla olan silahlılar piyadalara atəş açaraq 6 nəfəri qətlə yetirib, 16-nı isə yaralayıb. Bir qədər əvvəl iki raket dalğası Bağdadda güclü nəzarət altında olan Yaşıl Zonadakı ABŞ səfirliyinin evini və İraq hökumətinin qərargahını vurub. Ətraflı məlumat verilmir. Bununla yanaşı, ABŞ qüvvələrinin Diyala vilayətində keçiridiyi reyd zamanı 12 yaraqlını öldürüb.
XS
SM
MD
LG