Accessibility links

Pakistandakı talibançılar yeni hökumətlə danışıqlara hazırdır


Pakistandakı Taliban qrupu ölkənin yeni höikumətilə danışıqlar aparmağa hazır olduğunu bildirib. Yaraqlı qrup olan Təhriki-Talibanın sözçüsü Mauvi Ömər deyib ki, qrup hökumətlə əməkdaşlıq etməyə və qəbilələrin yaşadığı yerlərə sülh gətirməyə hazırdır. Bununla belə, o, Pakistan rəsmilərini qonşu Əfqanıstanda üsyançılara qarşı mübarizə aparan ABŞ-ın başçılığı ilə qüvvələrlə əməkdşalığa son qoymağa çağırıb. Şənbə günü Paksitanın yeni seçilmiş baş naziri Yusif Raza Gilani deyib ki, terrorizmə qarşı mübarizə onun hökuməti üçün əsas prioritet məsələ olacaq, lakin əlavə edib ki, o, silahı yerə qoymağa hazır olan yaraqlılarla danışıqlar aparmaq istəyir.
XS
SM
MD
LG