Accessibility links

ABŞ Mətbuatı: Prezidentin Buş NATO-nu genişləndirməkdə qətidir


Kiyevdə çıxışında Prezident Buş NATO-nun keçmiş Sovet məkanına genişlənməsinə işarə olaraq Rusiyanın alyansın gələcəyinə veto qoya bilməyəcəyini bəyan etdi. Viktor Yuşçenko ilə çiyin-çiyinə dayanan cənab Buş Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünün Rusiyaya təhlükə olmadığını söylədi. Vaşinqton Post qəzetinin yazdığına görə bununla ABŞ lideri Ruysiyanın Mərkəzi Avropada anti-raket sistemi yerləşdirilməsi və ya Əfqanıstandakı əməliyyatlarda əməkdaşlıq əvəzində bu məsələdən uzaq durmaq təklifini konkret olaraq rədd etmiş olur.

Lakin məsələ Kreml üçün həssas xüsusiyyətə malikdir. Son onillikdə Moskva NATO-nun öz sərhədlərinə doğru genişlənməsini sakit qəzəblə müşahidə edib. NATO ilk öncə bir vaxtlar Sovet satelitləri olan Şərqi Avropa dövlətlərini alyansa qəbul etdi. 6 il öncə isə Estoniya, Latviya, və Litva NATO-ya üzv oldular. Ukrayna tarixən Rus imperiyasının mərkəzinə yaxın ərazi hesab olunur. Məhz bu səbəbdən də hər iki dövlət qarşılıqlı tarixlərində bu məsələni həyati hesab edirlər. Qərbyönümlü prezident Yuşçenko Ruspərəst hökuməti devirdikdən sonra 2004-cü ildə hakimiyyətə gəldi. Cənab Yuşçenko vurğulayıb ki, Ukrayanın Rusiyadan birdəfəlik qırılması üçün NATO üzvlüyü vacibdir.

Son 80 ildə Ukrayna 6 dəfə müstəqilliyini elan edib və 5 fdəfə uğursuzluğa düçar olub. Bu heç kimə qarşı yönəlmyib və biz öz milli maraqlarımıza xidmət edirik, deyə Yuşçenko ABŞ prezidentinə bildirib. Lakin Ukrayan daxilində NATO-ya üzvlük birmənalı qarşılanmır. Əhalisinin böyük kəsimi ruslardan ibarət olan Ukraynada insanların 50 faizi üzvlüyə qarşı çıxır. Qərbyönümlü demokratların dediyinə görə ötən il ərzində Ukraynada anti-Qərb sentimentləri azalmağa başlayıb.

Ukraynadan səfərindən sonra Prezident Buş Rumıniya paytaxtı Buxarsetə yola düşəcək. Burada NATO-nun başqa liderləri ilə müzakirələr gözlənilir. Qeyd edək ki Almaniya və bir sıra başqa dövlətlər Ukrayna və Gücrtstanda üzləşilən problemlər və Rusiya ilə münasibətlərin perspektivi həmin ölkələrin NATO-ya qəbulundan tələskinliyə yol verməməyin mühümlüyünü önə çəkir.

Nyu York Taymz qəzetinin bu günkü baş məqaləsində NATO-nun bir alyans kimi qarşılaşdığı problemlərdən bəhs edilir. Hərçənd ki, NATO genişlənməkdə davam edir, onun missiyası və fəaliyyət planında ciddi çatışmazlıqlar var. Buna misal olaraq Əfqanıstandakı mübarizəni göstərmək olar. Belə ki, bu ölkədə cərəyan edən əməliyyatların böyük əksəriyyəti Amerika, Kanada və Britnaiya kimi ölkələrin üzərinə düşür. Almaniya, Fransa, İspaniya və İtaliya kimi NATO üzvləri isə öz əsgərlərini döyüş zonasına göndərməkdən imtina edirlər. Bu isə alyansın iki liqaya – döyüşənlər və döyüşməyənlər liqasına bölündüyündən xəbər verir. Nyu York Tamyzın redaktor heyəti NATO-nun problemlərinə görə qismən prezident Buşun birtərəfli siyasətini günahlandırır. Eyni zamanda xəbərdarlıq olunur ki, ekstrtemizin məğlubiyyəti, Çin və Rusiya kimi dövlətlərə münasibətlərin müəyyən edilməsi təkcə ABŞ-ın yox, həm də Avropanın təhlükəsizliyinə xidmət edir.

XS
SM
MD
LG