Accessibility links

ABŞ prezidenti rəsmi səfərlə Rumıniyadadır


ABŞ prezidenti Corc Buş və onun rumın həmkarı NATO-nun Əfqanıstandakı missiyası kimi nailiyyətlərin mühümlüyünü vurğulayıb. Rumıniyanın Qara dəniz sahilindəki Neptun şəhərində çıxış edən prezident Buş müttəfiq ölkələrin Əfqanıstana əlavə qüvvələr göndərməsinə dair öhdəliklərindən razı qaldığını deyib. ABŞ prezidenti xüsusilə Fransanın son bəyanatına toxunub. Corc Buş NATO-nun genişlənməsinə dəstək verdiyini bildirib. Prezident sammit iştirakçılarını Albaniya, Xorvatiya, Bosniya və Hertsoqovina, habelə Makedoniyanın alyansa üzvlüyə dəvət edilməsinə çağırıb. O, həm də Montoneqro, Bosniya və Hertsoqovina ilə yaxın əlaqələrə, Serbiya ilə sıx təmasa səsləyib. Prezident Buş Ukrayna və Gürcüstanın da NATO-ya üzvlüyünə yol açılmasına çağırıb.
XS
SM
MD
LG