Accessibility links

Kristofer Hill Şimali Koreyalı həmkarı ilə görüşə bilər


ABŞ-ın Şimali Koreyanın nüvə qurğularının ləğvi barədə danışıqlar üzrə baş müzakirəçisinin sözlərinə görə, yaranmış çıxılmaz vəziyyəti həll etmək səyləri çərçivəsinə o, tezliklə Şimali koreyalı həmkarı ilə danışıqlar masasına əyləşə bilər. İndoneziya paytaxtı Cakartada jurnalistərə açıqlama verən Kristofer Hill deyib ki, bazar gününə planlaşdırılmış Şərqi Timor səfərindən öncə Kim Kye Qvanla heç bir görüş keçirilməyəcək. Rəsmi Pxenyan dekabrda imzaladığı razılaşmanın şərtlərinə əməl etmədiyi üçün danışıqlar dalana dirənib. Qeyd edək ki, Rusiya, Çin, Yaponiya və Cənubi Koreyanın da imzaladığı bu müqaviləyə əsasən Şimali Koreya keçən ilin sonuna kimi bütün nüvə proqramlarına aydınlıq gətiməli idi.
XS
SM
MD
LG