Accessibility links

Amerikalıların çoxu ölkənin yanlış istiqamətdə irəlilədiyini deyir


Nyu-York Tayms və CBS Nyusun keçirdiyi sorğuların nəticələrinə görə, Amerika əhalisinin 81%-i ölkənin yanlış istiqamətdə irəlilədiyini düşünür. Bu göstərici keçən il 69, 2002-ci ildə isə 35% idi. Beş il bundan əvvəllə müqayisədə Amerikada vəziyyətin necə olduğuna dair sualı respondentlər "pisləşib" -deyə cavablandırıblar. Fikri soruşulanların yalnız 4%-i indi vəziyyətin daha yaxşı olduğunu deyib. 21% ABŞ-ın iqtisadi vəziyyətinin normal olduğunu bildirib. Sorğu 1300 adamın iştirakı ilə keçirilib. Sorğunun yanlışlıq səviyyəsi 3% təşkil edir.

XS
SM
MD
LG