Accessibility links

Mətbuat İcmali: Buş - Putin Görüşü, ABŞ-ın Xarici Siyasəti


Vaşinqton Post qəzetinin yazdığına görə Prezident Buş Rusiya lideri Vladimir Putinlə görüşündə konkret nəticələr əldə etməsə də öz varisləri üçün gələcək münasibətlərdə yol xəritəsi müəyyən ediblər. Qara Dəniz sahilindəki görüş kollegial atmosferdə keçdi. Liderlər arsındakı münasibətlər tağı 2001-ci ildə Buşun sabiq DTK zabitinin ruhuna baxışı ilə və Putinin Sentyabrın 11-i hücumlarından sonra ABŞ-a dəstəyi ilə başladı.

İraq müharibəsi, Putinin avtoritar idarə üsulu və cənab Buşun Rusiya sərhədlərində demokratik inqilablara dəstəyi müsbət əhval-ruhiyyəni pozdu. Rusiya öz mövqeyini sərtləşdirdikcə Buş Putinlə şəxsi dostluq əlaqələrini gücləndirməyə başladı. Onların 28-ci və sonuncu görüşündə anti-raket müdafiəsi, enerji, NATO-nun genişlənməsi və non-proliferasiya kimi məsələlər müzakirə olundu. Günün sonunda liderlər 9 səhifəlik strateji çərçivə bəyannaməsi imzaladılar. Həm Prezident Buş həm də Vladimir Putin yaxın gələcəkdə prezident kürsüsünü tərk etməyə hazırlaşırlar.

NATO sammiti BŞ-ın Rusiya və ümumilikdə Avropa dövıətləri ilə münasibətlərində yeni mərhələnin şartlarını üzə çıxardı. Vaşinqton Postda məqalə ilə çıxış edən ABŞ-ın sabiq Dövlət Katibi Henri Kissincer gələcək administrasiyannın yeni beynəlxalq düzənlə üzləşəcəyini bildirir. “3 İnqilab” adlı yazıda Kissincer Avropada ənənəvi dövlət sisteminin transformasiyası, radikal İslamçıların suverenlik kimi tarixi anlama müxalifəti və beynəlxalq əlaqələrin ağırlıq mərkəzinin Atlantik məkanından Sakit Okeanı hövzəsinə keçməsindən bəhs edir.

Kissincerin sözlərinə görə bir əsrdə iki dəfə ağrılı dünya müharibələri yaşamış Avropalılar öz suverenliklərinin böyük hissəsini Avropa Birliyi adlanan quruma həvalə ediblər. Millətə olan loyallığın iri siyasi quruma transferi isə Avropa dövlətlərində insanların dövlət uğrunda qurbanlara hazırlıq səviyyəsini kəskin şəkildə endirib. Bu isə onların hərbi və siyasi nüfuzlarınn azalmasına gətirib çıxarıb.

O biri tərəfdən Yaxın şərqdə radikal islamçılar dövlət anlayışını rədd edərək sərhədsiz ideologiyaya abunəçilik edirlər. Onların müsəlmanlar yaşayan ərazilərdə xilafəti bərpa etmək məramları Qərb dövlətlərinə müqavimətdən başqa seçim vermir.

Politoloq daha sonra diqqəti Şərqi Asiyada cərəyan etməkdə olan yeni trendə yönəldir. Onun fikrincə Çin,Yaponiya, Hindistan və İndoneziyanın baxışları 19-cu əsrdə Avroplalıların siyasətə baxışları ilə üst-üstə düşür. Bu dövlətlərin arasındakı əməkdaşlığa baxmayaraq münasibətlərin əsasında ciddi rəqabət prinsipləri dayanır. ABŞ-Çin münasibətlərində bu rəqabətin bürüzə verə biləcəyindən ehtiyatlanan Henri Kissincer bu yeni beynəlxalq düzənlə üzləşmək üçün Amerikalı xarici siyasət ekspertlərini öz dünya görüşlərinə yenidən nəzər yetirməyə çağırır.

XS
SM
MD
LG