İranın dövlət mətbuatının bildirdiyinə görə, prezident Mahmud Əhmədinejad uran zənginləşdirilməsi üçün əlavə 6 000 sentrifuqa yerləşdirməklə, nüvə proqramını genişləndirdiyini elan edib. Bu gün İran perzidenti deyib ki, bu sentrifuqalar Natanz nüvə obyektində artıq işləyən 3 000 sentrifuqaya əlavə edilir. Mahmud Əhmədinejadın bu bəyanatı İranın Milli Nüvə Gününün ikinci ildönümünə təsadüf edir.