Accessibility links

ABŞ prezidenti İraqdan Amerika əsgərlərinin çıxarılması prosesini dayandırmaq qərarını müdafiə edir


Prezident Buş hərbi liderlər Amerika əsgərlərinin sayının azaldılmasının İraqda təhlükəsizliklə bağlı vəziyyətə göstərəcəyi təsiri müəyyənləşdirdiyi bir vaxt ABŞ hərbi qüvvələrinin bu ölkədən çıxarılması prosesini saxlamaq qərarını müdafiə edib. Bu gün Amerika xalqına radio müraciəti zamanı prezident Buş deyib ki, İraq hökuməti təhlükəsizlik və siyasi məsələlərdə məsuliyyəti öz üzərinə götürdüyü bir vaxt Amerika onunla bir dayanmalıdır. Cənab Buş bildirib ki, ABŞ hərbi qüvvələrinin sayının 15 ay bundan əvvəl artırılması təhlükəsizliklə bağlı vəziyyətin yaxşılaşmasına xidmət etmiş və İraqda siyasi və iqtisadi inkişaf üçün yol açmışdır. ABŞ prezidentinin bildirdiyinə görə, o, İraqdakı Amerika komandirlərinə təhlükəsizlik şəraitinin əsgərlərin ölkədən çıxarılması prosesini davam etdirilməsinə imkan verdiyini müəyyən etmək üçün lazım olan vaxt verib.
XS
SM
MD
LG