Accessibility links

Roma Papası Nyu-Yorkdadır


Roma Papası 16-cı Benedikt bu gün Nyu Yorkun Müqəddəs Patrik kilsəsində minlərlə adamın iştirak etdiyi messaya rəhbərlik edir. Pontif keşişlərə, rahiblərə və Katolik dini orderinin müxtəlif üzvlərinə müraciət edəcək. Günün sonunda Papa Benedikt yaxınlıqdakı seminariyaya baş çəkərək, orada dini təhsil alan 300 tələbənin və minlərlə gəncin qarşısında çıxış edəcək. ABŞ Katolik Kilsəsində xidmət edən keşişlərin sayı son illərdə azalmaqdadır. Seminariyaya baş çəkdikdən sonra Papa Benedikt əlil gəncləri ziyarət edəcək. Sabah Papa Benedikt ABŞ-a 6 günlük səfərini başa vuracaq.
XS
SM
MD
LG