Qırğızıstanda polis forması geymiş şəxslər Rusiyanın paytaxt Bişkek yaxınlığında hərbi hava qüvvələrinin bazasında qulluq edən zabitini güllə vurub ağır yaralayıblar. Rusiya və Qırğızıstan rəsmiləri bu gün baş vermiş insidentlə bağlı müxtəlif məlumatlar veriblər. Rusiyanın Qırğızıstandakı səfirliyinin nümayəndəsiin bildirdiyinə görə, nömrə nişanı olmayan cip maşınında olan bir neçə şəxs Rusiya hərbiçilərinin maşını saxlayaraq, onların düşməsini tələb edib və onlardan birini güllə ilə vurub. Qırğızıstan rəsmiləri rus zabitlərinə hücum edildiyini rədd ediblər. Daxili İşlər nazirliyindən bildirilir ki, Rusiya hərbiçiləri yoxlama məntəqəsində maşını saxlamaqdan imtina ediblər və onları təqib edən yol-nəqliyyat polisinə müqavimət göstəriblər. Daxili İşlər nazirliyinin bildirdiyinə görə, polis xəbərdarlıq atəşi açıb.