Accessibility links

Britaniya xarici işlər naziri Pakistandadır


Böyük Britaniya xarici işər naziri Deyvid Miliband İslamabadda Pakistan prezidenti Pərviz Müşərrəflə görüşüb. Danışıqların mövzusunun islamçı ekstremistlərlə mübarizə səyləri olacağı gözlənilirdi. Cənab Milibandın gün ərzində Pakistan baş naziri Yusif Rza Gilani ilə görüşməsi planlaşdırılıb. Dünən Britaniya xarici işlər naziri Şimal-qərb Sərhəd vilayətinin paytaxtı Peşəvər şəhərində olub. Orada vilayət qubernatoru və başqa yerli rəsmilərlə görüşən cənab Miliband təhlükəsizlik məsələləri və davam edən əməkdaşlığı müzakirə edib. O, həmçinin terrorizmin qurbanı olan pakistanlılarla da görüşüb. Nazir yaraqlılarla danışıqlar aparmağa çalışan Pakistan hökumətini dəstəklədiyini deyib.
XS
SM
MD
LG