Accessibility links

Həmas İsrailə qarşı raket atəşlərinin davam etdirilməsinə çağırıb


Fələstin rəsmilərinin bildirdiyinə görə, İsrail hərbi qüvvələri Beit Hanun şəhərində bir evə hücum etmiş və nəticədə bir qadın 4 uşağı ilə birlikdə qətlə yetirilmişdir. İsrail ordusunun nümayəndəsi isə deyib ki, silahlı şəxslər İsrailin keşikçilərinə atəş açdıqdan sonra əsgərlər şəhərə daxil olmuş və tankdan atəş açmışlar.

İsrailin müdafiə naziri Ehud Barak bu insidentin məsuliyyətini Həmas yaraqlılarının üzərinə ataraq deyib ki, İsrail hərbi qüvvələri fələstinlilərin İsrailə qarşı gündəlik raket atəşinə cavab verirlər.

Həmas İsraildən qısas alacağını bildirərək, İsrailə qarşı raket hücumlarının davam etdirilməsinə çağırıb.

XS
SM
MD
LG