Accessibility links

Rusiya Gürcüstana əlavə qoşun göndərir


Rusiya bildirir ki, Gürcüstan hərbçilərinin aqressiv davranışı fonunda o, Gürcüstanın iki separatçı regionunda sülhməramlı əsgərlərin sayını artırır. Rusiya Müdafiə Nazirliyi yeni ölçünü gürcü qüvvələrinin Abxaziya və Cənubi Osetiya civarında cəmləşməsi ilə izah edib. Gürcüstanın həmin bölgələrində yerli əhali Rusiya ilə sıx münasibətlərə can atır. Gürcüstanın Daxili İşlər Naziriliyi deyir ki, Rusiyanın əməlləri təxribat xarakterlidir və qəbuledilməzdir. Günün sonunda Gürcüstan Rusiyanın Dünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı danışıqlara son qoyduğunu xəbər verib.
XS
SM
MD
LG