Accessibility links

Yəməndə bomba partlayışı zamanı 18 adam həlak olub


Yəmən rəsmiləri ölkənin şimal-qərb bölgəsindəki məsciddə bombanın partlaması nəticəsində 18 adamın həlak olduğunu, 45 nəfərin yaralandığını bildirirlər. Rəsmilərin verdiyi məlumata görə, bomba bu gün Saada regionunda insanların məsciddən çıxdığı zaman partlayıb. Parytlayıcı cihazın Bin Salman məscidinin girəcəyində gizlədildiyi bildirilir. Hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib.

Şiə yaraqlılar 2004-cü ildən Saada regionunda Yəmənin hökumət qüvvələrilə döyüşür. Münaqişə nəticəsində minlərlər insan həyatını itirib. Çərşənbə axşamı günü yaraqlılar pusqu zamanı hökumət qüvvlərinin 7 əsgərini öldürüblər.

XS
SM
MD
LG