Accessibility links

Prezident Buş Dünya Mətbuatının Azadlıq Günü münasibətilə bəyanat yayıb


Prezident Buş bəyanatının əvvəlində söz azadlığının ABŞ Konstitutsiyasının təməl prinsipi olduğunu qeyd edir. Qəddar rejimlər və azadlığı boğmağa çalışanlar bunu özəl qəzetləri, radio və televiziya stansiyalarını bağlamaqla edirlər. Onlar jurnalistləri oğurlayır, arbitrat şəkildə həbs edir və döyürlər. Bəzi jurnalistlər ailələrindən ayrı salınıb, bəziləri isə ödürülüblər,” - deyə, prezident Buş bildirir.

Daha sonra Prezident jurnalistlərin təqiblərə məruz qalmadan öz peşələri ilə məşğul olmaq hüququna malik olduqlarını deyir:

“Belraus, Birma, Çin, Kuba, Eritrea, İran, Liviya, Şimali Koreya, Suriya, Venesuela və Zimbabve kimi ölkələr irticaçı qanunla söz azadlığını kəskin şəkildə məhdudlaşdırır, və jurnalistlər tez-tez həbs edilir" .

2007- 2008-cu illərdə ardıcıl olaraq Çin ən çox jurnalist həbs edən ölkə olub. Onun ardınca isə Kuba, Eritrea, İran və Azərbaycan gəlir. ABŞ prezidenti jurnalistlərin fiziki və mənəvi təqibini pisləyərək bütün hökumətləri BMT Universal İnsan Hüquqları Bəyannamsənin 19-cu maddəsinə riayət etməyə çağırıb. “Amerika azadlıq uğrunda mübarizə aparanlarla, o cümlədən risklərə baxmayaraq jurnalist fəaliyyəti göstərənlərlə, çiyin-çiyinə dayanır,” - deyə prezident Buş bildirib.

Bu arada dünyanın 20 müxtəlif ölkəsində aparılan rəy sorğuları göstərir ki, insanların böyük əksəriyyəti azad media və internetə sərbəst çıxış istəyir. Əksəriyyət bildirib ki, media hökumət nəzarəti olmadan xəbər və ideyalar yaymaq hüququna malik olmalıdır. Eyni zamanda Çin, Rusiya və bəzi müsəlman dövlətlərində insanlar medianın qərəzindən şikayətlənmiş və bəzi hallarda hökumət nəzarətinə ehtiyac olduğunu demişlər.

Brukinqz İnstitutunun elmi işçisi Çenq Li Tibetdəki son konfliktin mediada təsvirinin Çində dərin hiddət doğurduğunu söyləyib. Onun fikrincə ictimaiyyət, ələlxüsus gənc nəsl arasında Qərb stilli media azadlığı sual altına alınır. Əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət 6 ölkə və Rusiyada çox sayda vətəndaşlar deyiblər ki, hökumət siyasi baxımdan həssas informasiyanı məhdudlaşdıra bilər. Əl-Ərəbiyyə kanalının müxbiri əməkdaşından sitat gətirərək jurnalistlərin dövlətdən çox ictimaiyyətdən çəkindiyini və bu səbəbdən də özlərini senzura etdiklərini bildirir.

Rəy sorğularını qərargahı ABŞ-da yerləşən World Public Opinion.Orq təşkilatı keçirib.

XS
SM
MD
LG