Accessibility links

ABŞ hərbiçiləri Əl-Qaidə yaraqlılarını təqib etməyə davam edir


ABŞ-ın İraqdakı hərbi qüvvələri Əl-Qaidə yaraqlılarını hədəf alan əməliyyatlar zamanı 4 silahlı şəxsin öldürüldüyünü, 10 şübhəlinin saxlandığını bildirib. Hərbi qüvvələrin bəyanatına əsasən, Molsuldan cənubda həyata keçirilən əməliyyatlar dünən başlayıb və bu gün davam edib. ABŞ hərbi qüvvələri Bağdadın müxtəlif yerlərində axtarışda olan üç Əl-Qaidə üzvünün həbs edildiyini bildirir.

Bundan öncə ABŞ hərbi qüvvələri bu gün Bağdaddan şimal-şərqdəki Bələd Ruz şəhərində 31 adamın ölümü və 50 adamın yaralanması ilə nəticələnmiş intiharçı hücumuna görə Əl-Qaidə qrupunu günahlandırıb. ABŞ hərbi qüvvələri bidirir ki, İraqda Əl-Qaidə qrupu keçən il sünni qəbilələrin onlara qarşı çıxmasından sonra yenidən təşkil olmağa çalışır.

XS
SM
MD
LG