Accessibility links

İraq prezidentinin həyat yoldaşını müşayiət edən maşın karvanına hücum olub


Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələri ilə şiə yaraqlılar arasında Bağdadın Sədrşəhər hissəsində və Mənsur əyalətində dünən və bu gün baş verən qarşıdurmalar zamanı azı 9 yaraqlının öldürüldüyü bildirilir. Qarşıdurma İraq prezidenti Cəlal Talabaninin həyat yoldaşını müşayiət edən maşın karvanının Bağdadda keçdiyi yolda baş verən bomba partlayışından bir neçə saat sonra baş vermişdir. Bomba prezidentin həyat yoldaşı Hiro İbrahim Əhməd paytaxdın Karrada hissəsində təşkil edilən mədəni tədbirə gedərkən partladılmışdır.

Digər tərəfdən bu gün İranın Xarici İşlər Nazirliyinin sözçüsü Əli Hüseyn bildirib ki, Birləşmiş Ştatlar ordusu şiə yaraqlılara qarşı hücumlarını davam etdirdiyi müddətdə, İran ABŞ-la İraqdakı təhlükəsizlik barədə danışıqların dördüncü raundunda iştirak etməyəcək.

XS
SM
MD
LG