Accessibility links

Suriyaya qarşı sanksiyaların müddəti uzadılır


ABŞ prezidenti Corc Buş Şimali Koreyanın yardımı ilə nüvə reaktoru inşa edən Suriyaya qarşı sanksiyaların müddətinin daha bir il uzadılmasına göstəriş verdiyini bildirib. Prezident göstərişi və mesajının Konqresə ünvanlandığını deyib. ABŞ dövlət başçısı bildirib ki, sanksiyaların genişləndirilməsi onun sözləriilə deyilsə, Suriya hökumətinin ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatına hədələrlə izah edib. Prezident Buş Suriyanı terrorizmi dəstəkləmək, kütləvi qırğın silahları və raket proqramı əldə etmək cəhdlərində günahlandırıb. Corc Buş Suriyanın İraqın bərpası və yenidənqurması üçün beynəlxalq səylərə mane olduğunu deyib.

XS
SM
MD
LG