Accessibility links

Birma hökuməti ölkəyə daxil olan uçuşları təxirə salıb


BMT Birma hərbi hökuməti keçən həftə siklondan zərər çəkmiş insanlara kömək üçün ölkəyə gətirilən yardım təchizatlarını müsadirə etdikdən sonra Birmaya bütün uçuşları təxirə salıb. BMT Dünya Ərzaq Proqramının rəsmiləri deyir ki, ərzaq yardımı ilə iki yük müsadirə olunub. Onlar Birma hökumətinin davranışını qəbuledilməz adlandıraraq, başqa çıxış yolu olmadığını və məsələ həll olanadək yardım yüklərinin göndərilməsini təxirə saldıqlarını deyiblər.
XS
SM
MD
LG