Accessibility links

Bu gün Corc Buşun qızı ailə qurur


ABŞ prezidenti Corc Buşun 26 yaşlı qızı Cenna Buş bu gün Texasın Krouford qəsəbəsindəki ailə rançosunda evlənir. Gəlin və onun əri 29 yaşlı Henri Heyger açıq havada düzənlənən toy mərasimində iştirak edəcəklər. Henri Virciniya Respublikaçılar Partiyasının rəhbərinin oğludur. Toyda 200 adamın iştirakı gözlənilir. Həftəlik radio müraciətində prezident Buş qızının toyunu ailəsi üçün xoşbəxt bir hadisə kimi qiymətləndirib. Cütlük Ağ Evdəki mərasimin çox rəsmi olacağından ehtiyat edərək bunun əleyhinə qərar veriblər. Ataları ofisdə olarkən indiyədək 22 prezident övladı evlənib. Sonuncu Ağ Ev toyu 1971-ci ildə prezident Niksonun qızı Trisia evlənərkən olub.
XS
SM
MD
LG