Accessibility links

Bağdadın Sədr hissəsində 11 yaraqlı öldürülüb


İraq rəsmilərinin sözlərinə görə, Bağdadın Sədr şəhərində ABŞ ordusu ilə döyüşlər zamanı 11 yaraqlı ölüb, 19-u isə yaralanıb. ABŞ qüvvələri ayrı-ayrı insidentlər zamanı 3 silahlını öldürdüyünü təsdiq edib. Dünən Şiə ruhanisi Möqtəda Əl Sədr tərəfindən atəşkəs barədə razılaşmanın imzalanmasına baxmayaraq döyüşlər davam edir. ABŞ ordusu dünən bildirib ki, əsgərlər keçən gecə Sədr şəhərindəki nəzarətçilərə hücum edən 3 silahlını öldürüb. Digər məlumata görə isə, Mosul şəhərində polis 12 yaraqlını həbs edib. Baş nazir Nuri Əl-Maliki deyib ki, əməliyyatlar bütün Neynəva vilayətini əhatə edəcək.
XS
SM
MD
LG