Accessibility links

Birmanın hərbi hokuməti  beynəlxalq tələbləri rədd edib


Birmanın hərbi hokuməti beynəlxalq yardım işçilərinin ölkəyə buraxılması üçün artmaqda olan beynəlxalq tələbləri rədd edib. Rəsmi “Myanmarın yeni işıqları” qəzetində vitse-admiral Soe Theinə istinadən bildirilir ki, Birmanın təcrübəli xilasetmə işçilərinə ehtiyacı yoxdur. Admiral "Nərgiz" siklonunun təsirinə məruz qalan insanların ehtiyaclarının mümkün qədər qarşılandığını deyib.

Dünən ABŞ-ın yük təyyarəsi "Nərgiz" siklonuna məruz qalanlara tonlarla yardım çatdırıb. Beynəlxalq ictimaiyyətin Birmanı xarici yardımlara qapılarını açıq saxlaması çağırşından sonra Amerika o ölkəyə ilk yardımını göndərib.

Birma hökuməti siklon səbəbi ilə 31 900 adamın öldüyünün artıq təsdiq edildiyini, 30 000 insanın itkin düşdüyünü bildirir. BMT 2 milyondan artıq birmalının təcili yardıma ehtiyacı olduğunu bildirir.

XS
SM
MD
LG