Accessibility links

İran OPEK-in neft hasilatını artırmasının qiymətlərə təsir göstərməyəcəyini deyir


İran deyir ki, ABŞ-ın xahiş etdiyi kimi OPEK-in neft hasilatını artırması bazardakı neft qiymətlərinə təsir göstərməyəcək. İranın neft naziri Qulam Hüseyn Nozari Tehranda müxbirlərə deyib ki, artan hasilat yalnız neft inventorunun həcmini genişləndirəcək.

Cümə günü Səusdiyyə Ərəbistanı ABŞ prezidentinin neft hasilatını artırmaq haqda xahişini rədd etdi. İran Səudiyyə Ərəbistanından sonra OPEK-in ikinci ən iri neft istehsalçısıdır. Neft qiymətləri dünən bazarda rekord barreli 128 dollara yüksəlib.

XS
SM
MD
LG