Accessibility links

Birmanın İrravadi deltasında diplomatlar tərəfindən tur keçirilib


Diplomatlar bu gün Birmanın tufanın dağıtdığı İrravadi deltasına hökumət tətərinfən nəzarət olunan tur keçiriblər. Həmin tur beynəlxalq ictimaiyyətin hərbi hökuməti yardım səylərinə maneələr törətdiyinə görə tənqid etməsindən sonra təşkil olunub. Biramnın dövlət mediası bu gün Nərgiz siklonu nəticəsində həlak olanların sayının 133000-ə çatdığını bildirib.

ABŞ prezidenti Corc Buş demokratik müxalifəti əzdiyinə görə Birmanın hərbi xuntasına qarşı iqtisadi sanksiyaları bir il də uzadıb. Lakin cənab Buş sanksiyaların siklon qurbanlarına verilən yardıma təsir göstərməyəcəyini vurğulayıb.

Britaniyanın baş naziri Qordon Braun xuntanı siklondan zərər çəkmiş 2 milyon yarım adamla qeyri-insani rəftarına görə tənqid edib.

XS
SM
MD
LG