Çin rəsmilərinin bildirdiyinə görə, bir həftə əvvəl Siçuan vilayətində baş verən zəlzələ ciddi iqtisadi ziyanlara səbəb olub. Çinin Sənaye və İnformasiya Nazirliyi zəlzələnin Siçuanda 14000 şirkətin iqtisadi layihələrinə vurduğu ziyanın dəyəri 9.6 milyard dollar təşkil edir. Təxminlərə görə, Çinə dəyən iqtisadi ziyanın ümumi dəyəri 20 milyard dollardır. Zəlzələ 30 min hektarlıq tərəvəz və dənli bitki sahələrini sıradan çıxarıb. Hökumət ərzaq qiymətlərinə yaxından nəzarət edir. Çinin taxıl, düyü, qarğıdalı və digər dənli məhsulla təminatının 6 faizi Siçuanın payına düşürdü.