Accessibility links

BP-nin Moskva ofisində polis tərəfindən reyd keçirilib


Rusiya polisi son 2 ayda ikinci dəfə Britiş Petroleumun Moskvadakı ofisində reyd keçirib. BP rəsmiləri istintaq aparıldığını bildirmiş, lakin əlavə məlumat açıqlamamışlar. Onlarla polis Rusiyanın 3-cü ən iri neft istehsalçısı olan TNK-BP-nin sahibi olan BP-nin ofisinə daxil olub.

Mart ayında da Rusiya təhlükəsizlik qüvvələri Moskvada oxşar reydlər keçirmişdilər. O zaman casusluq ittihamları ilə ikili vətəndaşlığı olan 2 BP əməkdaşı həbs olunmuşdu. Bir neçə həftə sonra Moskva TNK-BP-dən 260 milyon dollar vergi ödəməyi tələb etdi.

XS
SM
MD
LG