Accessibility links

Koalisiya qüvvələri İraqda 3 terrorçunu öldürüb


İraqdakı ABŞ ordusunun bildirdiyinə görə, koalisiya qüvvələri İraqda Əl-Qaidənin yaraqlılarını hədəf alan əməliyyat zamanı 3 terrorçunu öldürüb, 17 nəfəri isə həbs edib. Ordunun açıqladığı bəyənatda deyilir ki, 3 silahlı şübhəli qaçmağa cəhd göstərəndən sonra koalisiya qüvvələri Dəclə çayı vadisində yaraqlılara atəş açıb. Hərbi qüvvələr Baiji və Tikrit şəhərləri arasındakı bölgədə davam etdirilən əməliyyatlar zamanı 8 şübhəlini həbs edib. Ölkədən verilən başqa bir xəbərdə isə deyilir ki, Mosulda yaraqlıları hədəf alan əməliyyatlar zamanı atışma zonasına düşən bir mülki vətəndaş həlak olub.
XS
SM
MD
LG