Accessibility links

Pakistandakı Taliban lideri ABŞ və NATO-ya qarşı mübarizəni davam etdirməyə söz verib


Pakistanda Talibanın hərbi lideri ölkənin yeni hökumətilə sülh razılığı imzaladığı təqdirdə belə, Əfqanıstanda ABŞ və NATO qüvvələrinə qarşı mübarizəni davam etdirəcəyinə söz verib. Taliban komandiri Beytullah Məsud bu gün Cənubi Vəziristan bölgəsində müxbirlərə deyib ki, Taliban və paksitan ordusu arasında toqquşmalar islama və Pakistana zərər vurur. O, döyüşləri dərhal dayandırmağa çağırıb. Bununla belə, Məsud Əfqanıstanda onun sözlərilə, cihadın davam etdiriləciyini deyib. Əl-Qaidə ilə əlaqəsi olan Taliban komandiri hökumətin onun keçmiş baş nazir Bənazir Bhuttonun qətlində əli olduğuna dair iddialarını rədd edib. Pakistanın yüksək səviyyəli hərbi nümayəndəsi Amerikanın səsinin müraciətinə cavab olaraq Məsudun bəyanatlarını şərh etməkdən imtina edib.
Pakistanın Şimal Qərb bölgəsində rəsmilər və yaraqlılar aylardır sürən iğtişaşlara son qoymaq üçün bu həftənin əvvəli 15 maddədən ibarət razılıq imzalayıblar.
XS
SM
MD
LG