Accessibility links

Oskar mükafatı laureatı Sidni Pollak 73 yaşında dünyasını dəyişib


Amerika kino akademiyasının Oskar mükafatını almış quruluşçu rejissor və prodüser Sidni Pollak 73 yaşında xərçəng xəstəliyindən vəfat edib. O, Los Ancelesdəki evində ailə üzvlərinin əhatəsində dünyasını dəyişib.

Rusiyadan Amerikaya mühacirət etmiş yəhudi ailəsində anadan olan Sidni Pollak uzun karyerası ərzində Holivudun ən böyük ulduzları ilə işləyib, özü onlarla filmlərdə çəkilib.

Keçən il o, “Maykl Kleyton” filmində Corc Kluninin tərəfmüqabili olmuşdur. Film ən yaxşı bədii film və ən yaxşı aktyor kateqoriyaları da daxil olmaqla, yeddi Oskara nominasiya edilmişdi.

Sidni Pollakın dünya ekranlarında şöhrət qazanmış filmləri “Tutsi”, “Afrikadan kənarda”, “Kondorun üç günü” və başqalarıdır.

“Afrikadan kənarda” filminə görə o, 1985-ci ildə isə ən yaxşı qurluşçu rejissor kateqoriyasında Oskar almışdır. Film ilin ən yaxşı kino-film kateqoriyası da daxil olmaqla, beş Oskara layiq görülmüşdü. Sidni Pollak Dastin Hofmanın baş rolda çəkildiyi “Tutsi” filminə görə 1982-ci ildə ən yaxşı quruluşçu rejissor kateqoriyasında Oskara nominasiya olunmuşdu.

XS
SM
MD
LG