Accessibility links

Gürcüstan Rusiyadan üzr istəməsini tələb edir


Gürcüstan Rusiyadan tələb edir ki, keçən ay Abxaziya ərazisində Gürcüstanın pilotsuz təyyarəsini vurduğuna görə üzr istəsin. Gürcüstan xarici işlər nazirinin müavini Griqol Vaşadze bu gün deyib ki, hökumət həmçinin təyyarəyə görə kompensasiya tələb edir.

Rusiya aprelin 20-də Abxaziya regionunda baş verən hadisə ilə bağlılığını rədd edir. Kreml təkidlə bildirir ki, təyyarəni Abxaz separatçılar vurub. Ancaq BMT müstəntiqlərinin dünən açıqlanan hesabatında radarın təyyarənin əməliyyatı həyata keçirəndən sonra Rusiya səmalarına qayıtdığını göstərdiyi deyilir. Hesabat həmçinin regiona pilotsuz təyyara göndərdiyi üçün Gürcüstanı tənqid edir. Açıqlamada deyilir ki, bu addım 1994-cü ildə əldə olunmuş atəşkəsi pozur.

XS
SM
MD
LG