Rusiyanın Müdafiə Nazirliyi ABŞ-ın Mərkəzi və Şərqi Avropada raketlərdən müdafiə sisteminin qarşılığında əks tədbirlər üzərində işləyir. Lakin rəsmi Moskva eyni sistemin inkişaf etdirilməsi planları olmadığını bəyan edib. General Yevgeni Bujinski Moskvada müxbirlərə deyib ki, Rusiya liderləri ABŞ-ın Avropada raket yerləşdirilməsinə onun ifadəsilə, “qeyri-simmetrik” cavabı nəzərdən keçirir. General həmçinin deyib ki, Vaşinqton raket yerləşdirmək planlarını inkişaf etdirsə, Rusiya Azərbaycanda radar stansiyasından NATO ilə Rusiyanın birgə istifadəsi haqda təklifini geri götürəcək.
Birləşmiş Ştatlar İrandan gələn mümkün təhlükənin qarşını almaq üçün Polşada raket tutan 10 qurğu, Çex Respublikasında isə radar yerləşdirməyi planlaşdırır. Rusiya ABŞ-ın planını onun təhlükəsizliyinə hədə kimi qiymətləndirir.