Accessibility links

Demokratlar nominasiya prosesini müzakirə edir


Demokrat partiyasının rəsmiləri bu gün Vaşinqtonda bir araya gələrək Miçiqan və Florida ştatlarında keçirilmiş praymerilərlə bağlı mübahisəni çözməyə çalışacaqlar. Bu səslər partiyadan prezidentliyə nominasiyanın müəyyənləşməsində əhəmiyyətli rol oynaya bilər. Demokrat partiyası partiya qaydalarını pozaraq ilkin seçkiləri vaxtından əvvəl - yanvarda keçirdiklərinə görə Florida və Miçiqandakı səsvermənin nəticələrini saya almamışdı. Hazırda Barak Obamadan geridə qalan Hillari Klinton isə həmin seçkilərdə böyük səs üstünlüyü ilə qələbə çalmışdı. Amma nə o, nə də Senator Obama bu ştatlarda kampaniya aparmamış və Obamanın adı Miçiqanda keçirilən səsvermə bülleteninə daxil edilməmişdi. Partiya rəsmiləri bu ştatlardakı səsverməni tanımaq və onların nümayəndələrini necə bölüşmək haqda qərar verəcək. Florida və Miçiqan qarşıdan gələn ümummilli seçkilərdə Respublikaçı namizəd Con Makkeynə qarşı qızğın yarış meydanları olacaq.
XS
SM
MD
LG